Ukraynadan simvolik zəfər



 14:58 20.09.2022     310

Ukrayna ordusu Luqanskda kiçik kəndi ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilib ki, bu zəfər Rusiyanın planlarını pozub. İddialara görə, Prezident Vladimir Putin Luqanskın tamamilə müdafiə olunmasını istəyirdi. Luqanskın işğalda saxlanılması Rusiyanın əsas hədəflərindən biri hesab olunurdu.

Məlumata görə, Ukrayna ordusu ərazidə mövqelərini möhkəmləndirərək yeni hücumlara hazırlaşır.

Bahadur Seyidov