İsveç ABŞ-dan F-35 alır



 15:19 20.09.2022     283

İsveçrə ABŞ-dan F-35 təyyarələri almaq üçün razılığa gəlib.

Demedia.az xəbər verir ki, bununla bağlı tərəflər saziş imzalayıb. Sazişin dəyəri 6,1 milyard dollardır. Sazişə görə, ABŞ İsveçə 36 ədəd təyyarə satacaq. İsveç müxalifəti sənədin qanunsuz olduğunu irəli sürüb. Bildirilib ki, sənədin imzalanması referendumun nəticələrinə ziddir. Qeyd edək ki, ABŞ və İsveç bu barədə hələ bir müddət əvvəl razılıq əldə etmişdi. Ardınca ordunun hansı ölkədən hansı ləvazimatları alacağı barədə referendum təşkil edilmişdi. Referendumla bağlı səsvermədə F-35 barədə maddələr yer almamışdı.

Bahadur Seyidov