Çindən Baydenə etiraz
Çinin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin Tayvan barədə açıqlamalarına etiraz edib.
Demedia.az xəbər verir ki, açıqlamaya görə, Vaşinqtona rəsmi şəkildə etiraz təqdim edilib. Bildirib ki, ABŞ gərginliyi artıracaq açıqlamalardan çəkinməli, Tayvanda azadlıq istəyən qüvvələrə səhv mesaj göndərməməlidir.
Qeyd edək ki, Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ ordusunun Tayvanı müdafiə edəcəyini açıqlamışdı.
Bahadur Seyidov