Xerson Rusiyaya birləşmək üçün referendum təşkil edir
Qondarma Luqansk respublikasından sonra Moskva tərəfindən Xerson vilayətinə təyin edilən rəhbərlik Rusiyaya birləşmək üçün referendumun keçirilməsinə qərar verib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Xersonda qurulan dairənin rəhbəri Vladimir Saldo açıqlama verib. O bildirib ki, referendum keçiriləndən sonra nəticələr Prezident Vladimir Putinə təqdim ediləcək. Onun iddiasına görə, Xerson əhalisi Rusiyaya birləşmək istəyir.
Bahadur Seyidov