İran-Ermənistan əlaqələri: Statistika həqiqəti daha aydın göstərir



 11:02 21.09.2022     597

"İkinci Qarabağ müharibəsindən sonra İran ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin dərinləşməsi müşahidə olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 502.8 milyon dollar olub. Bu 2020-ci il ilə müqayisədə 25.2 faiz artım deməkdir".

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin ilk yarısında isə cənub qonşumuz ilə Ermənistan arasında ticarət dövriyyəsi 307 milyon dollara çatıb:

"Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 73.0 faiz artım deməkdir.

Rəsmi Tehran Ermənistan ilə illik ticarət dövriyyəsini 1.0 milyard dollara çatdırmağı hədəfləyir.

Statistika həqiqəti daha aydın göstərir".

Xəyalə Məmmədova / Demedia.az