İranda etirazlar səngimir - Ölənlər var
İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı başlayan etirazlar vilayətlərə yayılıb.
Demedia.az xəbər verir ki, etirazçılar ölkənin iri şəhərlərində “Diktatora ölüm” şüarları səsləndiriblər. Nümayişçilərlə polislər arasında toqquşmalar qeydə alınıb. 5 nəfərin öldüyü bildirilir. Rəsmi mənbələr isə itkilər barədə məlumat verməyib.
Qeyd edək ki, polis, 22 yaşlı Məhsanı hicab qaydalarını pozduğuna görə nəzarətə götürmüşdü. İddialara görə, polisin güc tətbiq etməsindən sonra qadın ölüb.
Bahadur Seyidov