ABŞ-dan Rusiyanın referendum qərarına etiraz



 15:25 21.09.2022     421

“Rusiyanın Ukraynada təşkil edəcəyi referendumu qəbul etməyəcəyik”.

Demedia.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan belə açıqlama verib. O bildirib ki, Rusiyanın referendum və səfərbərlik barədə qərarları onların necə çətin vəziyyətdə olduğunu ortaya qoyur. Sallivanın sözlərinə görə, qondarma referendumun təşkil edilməsi Ukraynanın suverenliyinə qarşıdır. “ABŞ heç vaxt Rusiyanın iddialarını qəbul etməyəcək” – Sallivan deyib.

Bahadur Seyidov