Çin “Yünhay" peykini kosmosa göndərib



 15:49 21.09.2022     302

Çin “Yünhay-1 03" peykini kosmosa göndərib. Uçuş uğurlu alınıb. Peyk nəzərdə tutulan yerə çatıb.

Demedia.az xəbər verir ki, bu raket layihə çərçivəsində kosmosa göndərilən sayca 3-cüdür. Yerli mənbələrin məlumatına görə, peykdən mülki məqsədlər üçün istifadə ediləcək. Bildirilir ki, peyki “Long March” raketi kosmosa daşıyıb. Bu, raketin 438-ci uğurlu uçuşudur.

Qeyd edək ki, “Yünhay” peykinin 1-si 2016, 2-si isə 2019-cu ildə kosmosa buraxılıb.

Bahadur Seyidov