ABŞ və Kanada gəmiləri Tayvan sahillərində - Çin etiraz etdi
ABŞ və Kanada donanmalarına məxsus iki hərbi gəmi Tayvan boğazından keçib.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okeanındakı donanma qüvvələrindən açıqlama verilib. Bildirilir ki, gəmilərin Tayvan sahillərindən keçməsi normaldır. Açıqlamaya görə, gəmilər heç bir ölkənin sahəsinə daxil olmayan sularda üzüb. Çin isə gəmilərin ərazidən keçməsinə etiraz edərək, bunu təxribat adlandırıb. Bildirilib ki, gəmilərin keçdiyi ərazi Çin sularına daxildir.
Bahadur Seyidov