Rusiyaya qarşı sanksiyalar yumşaldıldı
Avropa Birliyi Rusiya kömürünə tətbiq edilən sanksiyaları yumşaldıb.
Demedia.az xəbər verir ki, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar barədə sənədi yeniləyib. Bildirilib ki, Avropa şirkətləri Rusiyadan kömürü digər ölkələrə daşıya biləcək. Həmçinin Avropa şirkətləri bu daşımanı maliyələşdirə bilər. Yeni qaydalara görə, Rusiyanın gübrəsi, kömürü və digər məhsulları 3-cü ölkələrə daşına bilər. Açıqlamada bildirilir ki, Avropa Birliyi yeni sanksiya paketlərində digər ölkələrin qida və enerji təhlükəsizliyini nəzərə alacaq.
Bahadur Seyidov