Ərdoğandan sonra Makron da eyni çağırışı etdi
“BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var”.
Demedia.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı belə deyib. O bildirib ki, ölkələrin təmsil olunması ilə bağlı dəyişiklik edilməlidir. Makron daha əhatəli təmsil variantını təklif edib. Makronun sözlərinə görə, Təhlükəsizlik Şurasına yeni üzvlər qəbul edilərək islahatlar etmək lazımdır.
Qeyd edək ki, bu barədə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bir neçə il əvvəl təklif vermişdi.
Bahadur Seyidov