Evliliyin sirri: Hər kəsin marağına səbəb olan hadisə



 19:28 22.09.2022     1100

Evlilik qadının həyatı boyunca yaşadığı ən önəmli hadisələrdən biridir. Düzdü, bəzi insanlar evliliyə inanmır, ürəklərində həmişə müəyyən şübhələr olur.  Yenə də bütün dinlər  evliliyə ciddi yanaşmağı tövsiyə edir. 

Evliliyin başladığı məqam toydur. Və toy mərasimi gəlinlə bəyin həyatlarının qovuşduğu nöqtədir. Bu nöqtədən sonra onlar sevinci də, kədəri də bir yerdə yaşayır, bütün yükləri  çiyinləri arasında bərabər bölürlər. 

Valideynlərsə toya müxtəlif cür yanaşırlar. Bir tərəfdən,  bir-birinə daim “balalarının tyunu görəsən” deyib ürəklə alqış edirlər. O biri tərəfdən də əziyyətlə böyüdüyü övladının ayrıca ev olmasını çox vaxt kədərlə qarşılayırlar. Elə ona görə də toylarda əlində xonça oynaya-oynaya ağlayan bəy analarını görsək,  təəccüblənmirik. Hələ gəlin anaları... Onların göz yaşlarını isə yığıb-yığışdırmaq olmur. 

Nə isə, keçək videomuzun əsasına. Gördüyünüz bu adamın adı Jim`di. Kaliforniyada yaşayır.  O, oğullarının toyunda çoxdan qol qaldırıb oynayıb.  Həm də nəvələriylə deyə-gülə vaxt keçirən  mehriban baba kimi tanınırdı. 
Amma, qəfildən həyatı dəyişir.  Ömrünün ahıl yaşında qız atası olur. Qızının adını Josie qoyur. Bundan sonra Jim`in narahat günləri başlayır. O, daim qızını zalım dünyada necə qoruyacağı barədə düşünür. 

Josie 10 yaşına çatanda Jim xəstələnir.  Həkimlər onun mədəaltı vəzində xərçəng aşkarlayır. Bütün ailə üzvləri bu xəbərdən kədərlənir. Çünki, həmişə mehriban və şən əhvalda olan Jim`i xəstə görmək onların ağıllarından da keçmirdi. 
Jim isə başqa qayğıdaydı; o, anladı ki, balaca qızının toyunu görmədən öləcək.  Bir neçə gün düşündü-daşındı, axırda ailə üzvlərini toplayıb qərarını açıqladı. Qızının toyunu görməkçün onunla evlənmək istədiyini dedi.  Xəstə adamın son arzusunu ürəyində qoymaq istəməyən ailə üzvləri hamısı bu qərarı dəstəkləyir. 

Tezliklə toy hazırlıqları başlayır. Toydan iki gün qabaq Jim balaca qızı üçün qəşəng don aldı, tort sifariş etdi,  gül buketləri bağlatdırdı. Toy mərasimində ata  gəlin kimi bəzənən balaca qızının əlindən tutub kilsəyə gətirdi və orda hamını ağladan nitqini söylədi. Həmin gün hamının dodağında təbəssüm, gözlərində yaş vardı. 

Toydan bir ay sonra Jim vəfat etdi. Amma, onun son arzusu yerinə yetmişdi: balaca qızının toyunu görmüşdü. 
İndi Josie atasından danışarkən onun necə qızılürəkli adam olmasından, mehriban insan və fədakar ata kimi yaddaşında iz salmasından danışır. 

Bahadur Seyidov / Demedia.az