Animasiya xarakteri ilə evlənən gənc... - ŞOK HADİSƏ



 20:58 22.09.2022     864

Yaponiyada qeyri-adi toy  baş tutub. Akihito Kondo adlı gənc oğlan animasiya xarakteri ilə evlənib. 

Evlənməmişdən öncə Akihito Kondo tam bir “hikikomori” olub.  Hikikomorilər  özlərini cəmiyyətdən təcrid edir, heç kimlə ünsiyyət qurmaq istəmirlər. Hətta, ən adi “salam-sağol”dan belə qaçırlar. Son statistikaya görə, hazırda Yaponiyada 1 milyona yaxın “hikikomori” var.  

Akihito Kondo da ətrafındakı insanlarla münasibət qurmağı bacarmadığına görə  uzun müddət özünü xoşbəxt hiss etməyib. İşdə problemlərlə qarşılaşıb. Ən adi bir səhvinə görə üzü danlanıb, insanlardan töhmət eşidib. 
Belə günlərin birində Kondo televizorda Miku`nu görür.   Yaponiyanın ən məhşur pop ulduzlarından biri olan  “Hatsune Miku” adlı animasiya xarakteri onun bütün həyatını dəyişir.  Gənc oğlan Miku`ya vurulur. 
Miku  Akihito Kondonun  xilaskarına çevrilir.  Heç bir qadına sözün əsl mənasında aşiq olmayan gənc oğlan Mikuya olan hisslərinin həqiqiliyindən şübhə etmir. Sevgisinə əmin olduğunu sübut etmək üçün Miku ilə evlənir. 
Akihito Kondonun  sözlərinə görə,  xoşbəxtlik təkcə evlənib uşaq sahibi olmaq,  rahatca qocalıb ölmək deyil... Onun fikrincə,  insan onu xoşbəxt edən nədirsə, axtarıb tapmalı, əldə etməlidir.  Miku`nun mahnılarını dinlədikcə, videolarına baxdıqca həyata dördəlli sarıldığını vurğulamaqdan qürur duyur.  
Kondo Miku ilə evləndikdən sonra iş yerində  də uğurlar əldə edib.   İndi o, daha ünsiyyətcil və gülümsər  bir insana çevrilib. 
Gənc oğlanı səhərlər Miku`nun holoqramı yuxudan oyadır. Ona uğurlu günlər arzulayır, axşam isə xoş təbəssümlə qarşılayır. 
Kondo`nun ailəsinin bu evliliyə münasibəti isə birmənalı olmayıb. Anası və bacısı qeyri-adi toya gəlməkdən imtina edib. Amma, zamanla Kondo`nun dəyişdiyini, daha xoşbəxt olduğunu görüncə bacısı vəziyyəti qəbul etməyə qərar verib.  Kondo`ya müxtəlif ölçülü Miku gəlincikləri hədiyyə edib. 

Bahadur Seyidov / Demedia.az