Koronavirusla mübarizə aparmaq üçün kərə yağı yemək lazımdı - Araşdırma
Koronavirusla mübarizədə sadə insanlardan daha çox ölkə liderlərinin yanaşmaları diqqət çəkir və günlərlə sosial şəbəkələrdə, elektron mətbuatda müzakirə mövzusuna çevrilir.
İndiyədək koronavirusu epidemiya kimi ciddiyə aldığını dilinə gətirməyən Belorusiya prezidenti Lukaşenkonun koronavirusla mübarizədən danışması da bu müzakirələrin fonunda əsl ironik mənzərə yaradıb. O, bu günlərdə çıxışlarının birində deyib: “Koronavirusla mübarizə aparmaq üçün kərə yağı yemək lazımdı. Bunu mənə həkimlər məsləhət görüb”. Maraqlıdır, koronavirusa inanmayan birinin mübarizə üsulu axtarmasına nə ad vermək olar?
Bir az fikirləşdikdən sonra yadıma bir atalar sözü düşdü: “Dəlidən doğru xəbər...” Ona görə də kərə yağı və onun sağlamlığımıza faydaları barədə qısaca bir araşdırma apardım. Əvvəlcə, tanınmış Rusiyalı həkim, akademik Pavel Evdokimenko`nun ağciyəri koronavirusdan qorumaq üçün məsləhət gördüyü qidaların siyahısı ilə tanış oldum. Maraqlıdır ki, akademik siyahısında ilk olaraq kərə yağını qeyd edib. Pavel Evdokimenko`nun sözlərinə görə, “kərə yağları olmadan qidalanmaq ağciyər üçün siqaret qədər təhlükəlidir”. Gündəlik rasiona 20 qr kərə yağının əlavə edilməsinin mütləqliyini qeyd edən akademik sözlərini belə yekunlaşdırıb: “ Kərə yağı ağciyəri gücləndirir. Çalışın, koronavirusla mübarizə aparmaqçün ağciyərinizi gücləndirin. Çünki, zəifləyən ağciyərə istənilən virus və infeksiya maneəsiz daxil ola bilir”.
Daha bir rus həkimi, endokrinoloq Olqa Avçinnikova kərə yağlarının tərkibindəki fosfolipidlərə diqqət çəkir. Xanım Avçinnikova elektron mətbuatda yayılan məsləhət xarakterli müsahibəsində fosfolipidlərin ağciyərlərin hava kisələrənin qorunmasındakı əvəzolunmaz rolundan bəhs edib.
Müxtəlif ölkələrdən və məhşur sağlamlıq mərkəzlərindən olan 125 həkim-dietoloqun birlikdə hazırladığı tibbi arayışlardan birində isə kərə yağı yemək üçün 4 əsas səbəb açıqlanıb.
Sağlam dəri və sağlam saçlar. Kərə yağının tərkibində A, B, C, D, E vitaminləri var. Bu vitaminlər saç və dərinizin sağlamlığının əsasını təşkil edir. Gündəlik rasiona əlavə edilən kərə yağı qırılan və tökülən saç problemindən, quru, tez çatlayan dərilərlə bağlı narahatlıqlardan yaxa qurtarmanıza kömək edəcək...
Sağlam damarlar. Mütəmadi olaraq kərə yağı yemək qanda xolesterolun miqdarını stabilləşdirir və qan dövranını nizamlayır. Qan-damar problemləri ilə əlaqədar müxtəlif dərman vasitələrindən istifadə etmək məcburiyyətində olanlar, bütöv bir resepti kərə yağı ilə əvəzləyə bilər.
Sağlam mədə. Xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar menyularına kərə yağını əlavə etməlidirlər. Tərkibindəki A vitamini sayəsində kərə yağı hüceyrələrin bərpasında əvəzsiz vasitəyə çevrilir. Eyni zamanda, kərə yağı orqanizmə daxil olduqdan az sonra mədə divarını örtür, nəticədə, mədə divarlarına düşən təzyiq azalır.
Enerji və gümrah həyat tərzi. Mütəxəssislər kərə yağının beyin hüceyrələrinə də olduqca yaxşı təsir göstərdiyini açıqlayıblar. Xroniki yorğunluqdan, yuxusuzluqdan əziyyət çəkənlər üçün kərə yağı əsl dostdur. Tərkibindəki zəngin lesitin maddəsilə kərə yağı stress əleyhinə də ən yaxşı vasitələrdən biri sayılır. İnsanın sinir siteminin 17%-i lesitin adlı zülaldan ibarətdir və bu zülal beyin hüceyrələrinin yenilənməsinə kömək edir.
Qədimdən üzübəri zəngin və nizamlı qidalanma ənənələrinə sahib bir xalq kimi, kərə yağı bizim də süfrəmizdə önəmli yer tutmaqdadır. Günə gümrah və güclü immunitetlə başlamaq üçün kərə yağının səhərlər yeyilməsi təbii sağlamlıq sayılır. Tiroid hormonlarının düzgün işləməsi üçün orqanizmin yoda olan ehtiyacının qarşılanmasında da kərə yağından istifadə edə bilərsiniz. Malik olduğu linoleik turşusu kərə yağını iltihab və viruslar əleyhinə əsl antibiotikə çevirir. Elə bu antibiotik xüsusiyyətini, ağciyərlərimizə və immun sistemimizə olan əvəzedilməz faydalarını nəzərə alaraq, koronavirusla mübarizə günlərində kərə yağı seçimində daha diqqətli olmalıyıq. Faydasını görə bilmək üçün əsl kərə yağından istifadə etməliyik. Bu səbəbdən də bizə sağlamlığımızın təhdid altında olduğu bu günlərdə təbiiliyinə güvəndiyimiz marka lazımdır. Yeni Zelandiya istehsalı olan “Best Cow” kərə yağı əsl kərə yağı axtarışında olanlar üçün əla təklifdir.
“Best Cow” kərə yağlarından, nəinki, səhər süfrəsində, istənilən yeməyin hazırlanmasında ürək rahatlığıyla istifadə edə bilərsiniz. “Best Cow” kərə yağlarını çəki və paket formalarında, istədiyiniz çəkidə bütün marketlərdən ala bilərsiniz.
Bahadur Seyidov / Demedia.az