Hamı istifadə edir: Əslində görün orqanizmə necə təsir edir
Hamımızın gündəlik rasionumuzda şəkər var. Mütəxəssislərin fikrincə, kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkərin 95%-dən çoxu insan orqanizmi tərəfindən mənimsənilir. Statistikaya əsasən, hər bir insan il ərzində 17 kq şəkər istehlak edir.
Şəkərin tarixi də maraqlıdır. Adətən, hər şeyin ilkin istehsal yeri kimi Avropanın göstərildiyinə adət etmişik. Amma, şəkər istehsalının vətəni Hindistan sayılır. Orta əsrlərdə şəkər qamışı bitkisi Hindistandan Suriya, Misir və Kipr adasına köçürüldü, beləcə, şəkər istehsalının arealı genişlənməyə başladı. Xristofor Kolumbun Amerikaya şəkər qamışı aparmasıyla yeni qitə də şəkərlə tanış oldu. 18-ci əsrdə şəkər ticarəti ingilislərin əlində cəmləndi, beləcə, Avropa şəkər qamışının ən böyük idxalçısına çevrildi.
1747-ci ildə alman kimyaçısı Andreas Siqizmund Marqqraf Prussiyanın Elmlər Akademiyasında çıxış edir və bildirir ki, ağ şəkər çuğundurunda şəkər qamışında olan şəkərin analoqu var. Amma, nəzəriyyəsini praktikada tətbiq etmək ona qismət olmur. 1784-cü ildə Marqqrafın tələbəsi Frans Axard ağ şəkər çuğundurunu becərməyə başlayır və 1799-cu ildə ilk dəfə bu bitkidən şəkər əldə edir. Bundan sonra şəkər istehsalı Avropada sürətlə artmağa başlayır.
Azərbaycan da ən çox şəkər istehlak edən ölkələrdəndir. Heç kimə sirr deyil ki, azərbaycanlılar, belə demək mümkünsə, çayxordu və əksəriyyət də çayı qəndlə içməyi xoşlayır. Düzdü, zövqə görə çayın yanında müxtəlif mürəbbələr, konfetlər də ola bilər, amma, kim çay süfrəsini qəndsiz təsəvvür edə bilər ki?!
S/T: Çayı qəndsiz içməyən millət olaraq qənd seçməkdə də mahirikmi? Əsas problem də elə burda yaranır...
Son zamanlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dəfələrlə əhalini xəbərdar edərək qənd istehsalında ziyanlı maddələrdən istifadə edildiyi barədə məlumat yayıb. Qurumun həyata keçirdiyi monitorinqlər nəticəsində müəyyən edilib ki, bir çox qənd istehsalı sexlərində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsi qəndin ağardılması üçün istifadə edilir. Qeyd edim ki, natrium ditionit, əsasən, tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunur. Bu kimyəvi maddənin qida məhsullarının istehsalında istifadəsi qadağan edilib.
2018-ci ildə Azad İstehlakçılar Birliyinin apardığı laborator yoxlamanın nəticələri də Azərbaycan bazarındakı qəndlər haqqında həyəcan siqnalı çalıb. Həmin yoxlamalar zamanı məlum olub ki, kiçik qənd sexlərinin əksəriyyəti qəndin ağardılması zamanı natrium ditionit (Na2S2O4) maddəsindən istifadə edir.
Düşünürəm ki, qəndin istehsal prosesi barədə azacıq da olsa məlumatlı olsaq, marketdə təmiz qəndi seçmək bizimçün asanlaşar. Kəllə qənd əldə etməkçün şəkər tozu qaynadılır. Bu zaman şəkərin rəngi tündləşir. Ona görə də onun ağardılmasına ehtiyac duyulur. Qəndin ağardılması prosesi bundan sonra başlayır. Ən təmiz və insan orqanizmi üçün təhlükəsiz olan texnoloji üsul “sentrafuqlma” adlanan qurğudan istifadə etməkdir. Bu qurğu mərkəzdən qaçma qüvvəsinə əsaslanır. “Sentrafuqlma”, yəni, sürətli fırlanma prosesi hesabına qəndin tərkibindən rəngli maddə ayrılır və ağ qənd qalır.
Hazırda Azərbaycanda “sentrafuqlma” adlı qurğudan İmişlidə yerləşən “Kəllə qənd” zavodu istifadə edir. Bu qurğunun tətbiqi zavodda yüksək gigiyenik şərtlərə riayət olunmaqla, özünəməxsus dadı və görünüşü ilə fərqlənən “kəllə qənd” istehsalına imkan verir. Həmçinin, zavodda qənd istehsalı digər sexlərdən fərqli olaraq, avtomatik qaydada idarə olunan müasir qurğular vasitəsilə həyata keçirilir.
Bu gün İmişlidəki “Kəllə qənd” zavodunun insan sağlamlığı üçün heç bir təhlükə törətməyən, təmiz və gigiyenik əsaslarla istehsal etdiyi qəndlər “Azərşəkər” markasıyla satışa çıxarılır.
Bahadur Seyidov / Demedia.az