Rifah ve təhlükəsizlik üçün ən yaxşı model - Avropa Birliyi
"Bu gün rifah ve təhlükəsizlik üçün ən yaxşı model kimi Avropa Birliyi göstərilir. Bu birliyin temelinde isə Almaniya və Fransa əməkdaşlığı var. Uzun on illər boyunca davam edən Alman -Fransız rəqabəti ikinci Dünya müharibəsindən sonra əməkdaşlıq prosesinə çevrildi".
Demedia.az xəbər verir ki, bunu siyasi ekspert Nazim Cəfərsoy deyib.
O bildirib ki, bu əməkdaşlıq bugün zaman-zaman Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi baxımından bir nümunə kimi də ifadə edilir:
"Elə mən də bu modeli zaman-zaman yazmışam.
Əvvəla qeyd edim ki, bu nümunədə əsasən Almaniya Ermenistan kimi davamlı problem və müharibə çıxardan tərəf olub.
Ancaq gəlin görək bu əməkdaşlıq necə baş verib?
Faşist Almaniyası 9 may 1945-ci ildə qeydsiz-şərtsiz təslim oldu. Almaniya müttəfiqlər tərəfindən 4 işğal bölgəsinə ayrıldı. Almaniyanın 1937-ci ildəki ərazilərinin 25 (iyirmi beş) faizi Fransa, Polşa, SSRİ və Danimarkaya verildi.
Bugün Azərbaycanı işğalçılıqla günahlandıran Fransa o zaman Almaniyadan zəngin Alsace-Lotarengiya ("Fransiz Qarabağı") ilə Saar bölgesini ("Fransız Zəngəzuru") aldı.
Almaniyada savaşa və milyonlarla insanın ölümünə səbəb olan faşist hakimiyyət üçün başda Nürünberq Məhkəmələri olmaq üzrə müxtəlif məhkəmələr quruldu və hamısı böyük cəzalar aldılar. Alman ordusu dağıdıldi və qərargahı ləğv edildi. Amerikan liderliyində İngiltərə və Fransa nezaretinde Qərbi Almaniya üçün yeni bir konustitutsiya yazıldı. Amerikalılar Alman ağır sənayesinin əsas böyük müəssisələrini patlatmaya başlamışlardı.(Soyuq müharibə ortaya çıxınca bu işi dayandırdılar.) SSRİ zaten söküb aparırdı. Ətraf ölkələrdən 7 milyon Alman Almaniyaya sürgün edildi. Bu sürgün prosesində yolda 1,5-2 milyon şəxsin öldüyü belə iddia edilir. Arada Azərbaycana qarşı hay küy edən Çexiya və Slovakiyanin sələfi Çexoslavskiya Beneş qərarnaməsi ilə Almanları ölkədən sürgün etdi. Amerikalılar və Ruslar Alman əsirlərə konkret modern qul kimi davranırdılar.
Amerikalılar və ingilislərin "təşviqi" ilə Almaniya -Fransa Polad və Kömür birliyi quruldu. Bu iki maddə müharibə üçün çox strateji mahiyyətdə idi və ideya tərəfdarları beləcə Alman-Fransız rəqabətini müharibəye çevrilməsinə mane olmaq niyyətindəydilər.
Avropada NATO quruldu və NATO-nun ilk baş katibi Lord İsmael bu təşkilatın 3 strateji məqsədindən birinin Almaniyanı nəzarətdə saxlamaq olduğunu bildirirdi.
Sonra Konrad Adenauer deyə bir ağıllı Alman çıxdı, mövcud duruma uyğun sülhsevər siyasət ilə Almaniyani normallaşdırdi. Gerisini siz də bilirsiniz.
Məncə Azərbaycan -Ermənistan munasibətləri də Almaniya-Fransa münasibətləri kimi olmalıdır!
Hadi bunun formülünü yazın ve Qafqaz Birliyini də biz quraq!!! Ağlınız nə kəsir qura bilərik?".
Xəyalə Məmmədova / Demedia.az