ABŞ Türkiyəyə təşəkkür etdi
ABŞ tərəfi Rusiya və Ukrayna arasında əsir mübadiləsindəki səylərinə görə Türkiyəyə təşəkkür edib.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə Müşaviri Ceyk Sallivan bildirib. Onun sözlərinə görə, Türkiyə taxıl sazişi ilə yanaşı əsir mübadiləsində də vacib rol oynayıb.
Qeyd edək ki, Rusiya 215 əsiri azad edib. Ukrayna da bunun qarşılığında 55 nəfəri azad edib.
Bahadur Seyidov