Avropadan Rusiyaya qarşı növbəti həmlə - Yeni sanksiya paketi hazırlanır



 14:18 22.09.2022     284

Avropa Birliyi Prezident Vladimir Putinin səfərbərlik elanı və nüvə təhdidlərinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Rusiyanın həmləsinə səssiz qalınmayacaq. Putinin açıqlamalarından sonra Borell BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərini təcili toplantıya çağırıb. Toplantıda Ukraynaya silah dəstəyinin davam etdirilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qərar verilib.

Bahadur Seyidov