İran yeni raketini təqdim etdi



 14:39 22.09.2022     278

İran ordusu yeni ballistik raketini təqdim edib.

Demedia.az xəbər verir ki, “Rıdvan” adı verilən yeni raketin mənzili 1400 kilometrdir. Məlumata görə, raket hər cür platformalardan atıla bilər. Raket ayrıla bilən döyüş başlığı daşıya bilər. İran İslam İnqilabi Keşikçilər Korpusundan bildirilib ki, raket atılandan sonra atmosferə səsin sürətindən 8 dəfə çox sürətlə daxil ola bilir. Qeyd edək ki, yeni silah İran-İraq müharibəsinin ildönümü münasibətilə keçirilən tədbirlər çəçrivəsində təqdim edilib.

Bahadur Seyidov