Rusiyada hamının Putinin kimi düşündüyünü zənn etmirəm - Politoloq



 09:53 23.09.2022     786

"İkinci Dünya müharibəsi zamanı nüvə silahına maraq göstərən ilk ölkə faşist Almaniyası oldu. Adolf Hitler alimlərinin ideyalarına maraq göstərsə də, müharibədə qazandığı uğurlar onun nüvə silahına marağını azaltdı, çünki bu çalışmalara xeyli maliyyə xərclənməlidi. Hitler bu silaha bir də müharibənin sonuna yaxın maraq göstərməyə başladı, ancaq gec idi, müttəfiq qoşunlar Berlinə yaxınlaşmışdılar".

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Estafet daha sonra ABŞ-a keçdi, alman alimlərinin bir hissəsi Amerikaya köçdü və “Manhetten layihəsi” adlanan çalışmalar uğurla nəticələndi:

"ABŞ-ın o zamankı prezidenti Trumen 1945-ci ildə ölkəsinin nüvə silahına yiyənləndiyi xəbərini Potsdam konfransında hələ müttəfiqi olduğu SSRİ-nin diktatoru Stalinə bildirdi. Trumenin məqsədi gələcək rəqibi Stalini qorxutmaq idi. Ancaq bu xəbər Stalin üçün yeni deyildi. “Manhetten layihəsində” çalışan bir qrup allim nüvə sirlərini Moskvaya ötürmüşdülər və bir neçə il sonra SSRİ də nüvə silahına malik oldu. ABŞ-la SSRİ arasında “soyuq müharibə” 1945-1991-ci illərə qədər, yəni 46 il uzandı. Bu illərdə bircə dəfə - 1960-cı illərin əvvələrində (Karib böhranı – SSRİ Kubada nüvə başlıqları yerləşdirmiş, bir müddət sonra geri çəkmişdi) nüvə müharibəsi təhlükəsi yaşandı. Vaşinqtonla Moskva arasındakı münasibətlərdə gərginlik SSRİ-nin dağılmasına qədər yuzansa da, liderlər heç zaman bir-birlərini nüvə silahıyla hədələmədilər. Hazırda isə cəmi bir neçə günün ərzində başda Rusiya prezidenti Vladimir Putin olmaqla onun yaxın dostu və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bir neçə dəfə Qərbi nüvə silahıyla hədələyiblər. Bunlara elə gəlir ki, hansısa ölkəyə nüvə silahı atsalar, təxribatları cavabsız qalacaq. Bunlar başlarını itiriblər, şəxsi maraqlarını Rusiyanın maraqlarından üstün tutaraq dünyanı qaranlığa qərq etmək istəyirlər. Rusiya hakimiyyətində hamının Putinin və Medvedev kimi düşündüyünü zənn etmirəm, ümid onlaradır".

Xəyalə Məmmədova /Demedia.az