Şimali Koreya Rusiyaya silah göndərilməsi barədə iddiaları rədd etdi



 15:01 22.09.2022     309

​“Şimali Koreya Rusiyaya silah göndərməyib. Bu ittiham Şimali Koreyanın imicini zədələmək üçün ortaya atılıb”. 

Demedia.az xəbər verir ki, Şimali Koreyanın dövlət mediası belə məlumat yayıb. Açıqlamaya görə, Pxenyan Rusiyaya silah göndərməyib və belə planı yoxdur. Şimali Koreyanın rəsmi nümayəndəsi isə bildirib ki, silah ixracı və idxalı suveren dövlətin qanuni hüququdur. 

Qeyd edək ki, ABŞ Şimali Koreyanı Rusiyaya silah göndərməkdə ittiham etmişdi. 

Bahadur Seyidov