Türkiyə-Suriya münasibətləri normallaşır - Keçmiş diplomat



 15:32 22.09.2022     328

Türkiyənin Suriyadakı sonuncu səfiri Ömər Onhon iki ölkə arasındakı münasibətlərin bərpa olunmaq üzrə olduğunu ifadə edib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, indi gözlənilən danışıqların siyasi zəminə daşınmasıdır. Keçmiş səfir etiraf edib ki, proses davam etsə də, tərəflər arasında ciddi fikir ayrılıqları var. Keçmiş səfir bununla belə tərəflərin prosesi idarə edə bildiyini ifadə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşmasının mümkün olduğunu ifadə etmişdi.

Bahadur Seyidov