Makron biabır oldu - Zal boş qaldı
Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasındakı çıxışı zamanı zal boş qalıb.
Demedia.az xəbər verir ki, bu barədə fransız siyasətçi Fransoa Asseline sosial media hesabında yazıb. O bildiri ki, Makronun çıxışı zamanı zalın ¾ hissəsi boş olub. Siyasətçi qeyd edib ki, nümayəndələr siqarət çəkməyi və istirahəti daha üstün tutublar. Fransız siyasətçilər Makronun çıxışının uğursuz olduğunu ifadə ediblər. Siyasətçilər hesab edir ki, Fransa mediası Makronun çıxışını ön planda olduğunu təbliğ etməyə çalışsa da, əslində belə deyil.
Bahadur Seyidov