Çavuşoğlu ABŞ-da: Kritik görüş
ABŞ-ın Nyu York şəhərində olan və rəsmi təmaslarını davam etdirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rohinca qaçqınları ilə bağlı tədbirə qatılıb.
Demedia.az xəbər verir ki, tədbirlə bağlı sosial media hesabından açıqlama verən nazir Çavuşoğlu, "Rohinca qaçqınlarının vəziyyəti ilə bağlı keçirilən tədbirdə bu humanitar böhrana qalıcı bir həll tapmaq üçün beynəlxalq səylərə dəstəyimizi vurğuladıq", - deyə açıqlama verib.
Mövlud Çavuşoğlu Avstraliyanın xarici işlər naziri Penni Vonq və Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Aysun / Demedia.az