İNANILMAZ TAPINTI: Tarixə işıq salacaq - 150 MİLYON İLLİK SİRR
ABŞ-ın Yuta ştatında aparılan araşdırmalarda tapılan fosil həyəcan yaradıb. Əvvəlcə yeni bir növ kəşf etdiklərini zənn edən paleontoloqlar çox keçmədən bunun belə olmadığını anlayıblar. Milyonlarla il əvvələ aid olduğu təxmin edilən qalıqlar üzərində aparılan araşdırmalar sayəsində tarixdən əvvəlki dövrdə yaşamış canlılar haqqında əhəmiyyətli məlumatların əldə ediləcəyi bildirilir.
Paleontologiya dünyasını həyəcanlandıran kəşf, keçmişdə çoxlu dinozavr qalıqlarının tapıldığı Morrison bölgəsində ortaya çıxıb. 1,5 milyon kvadratmetr sahəni əhatə edən bu bölgənin Şimali Amerikanın ən zəngin fosil yatağı olduğu təxmin edilir.
"Bu fosil qədim ekosistemlərdəki heyvanların qarşılıqlı əlaqəsinə nadir bir nəzər salır", - deyə çıxış edib Yuta Dövlət Sahə Evi Təbiət Tarixi Muzeyinin kuratoru və tədqiqatın həmmüəlliflərindən biri Con Foster.
Kimyəvi analizlər nəticəsində aşkar edilən qalığın qusma olduğu təsdiqlənib. Qusmanın tapıldığı ərazidə xırda sümükləri də araşdıran tədqiqatçılar, qalıqların qurbağa və salamandr yeyən balığa aid olduğunu düşünürlər. Tədqiqatçılar əlavə edib ki, qusmada tapılan sümüklərin bəziləri cəmi 3 millimetr uzunluğundadır.
Milli Park Xidmətinin açıqlamasında deyilir: "Bu bölgədə dinozavrların tapılması ehtimalı ən çox olan ərazilər çay yataqlarıdır". Bataqlıqlar və göllər salamandr, qurbağa və kərtənkələ kimi canlıların qalıqlarının qorunması üçün unikal bölgələrdir.
Tədqiqatçılar qusmanın arxasında hansı növ ətyeyən balıqların olduğu ilə bağlı aydın deyillərsə də, ən çox ehtimal edilən şübhəlinin durğun sularda yaşayan Şimali Amerikada yaşayan sümüklü balıq olan 'kaman üzgəci' olduğu düşünülür.
Foster deyib:"Bölgədə əvvəllər də kaman üzgəclərinin fosilləri tapılıb. Buradakı bu canlıların tarixi 200 milyon il əvvələ gedib çıxır. Deməli, bu balıqlar bizim ən ağlabatan şübhəlilərimizdir".
Aysun / Demedia.az