ABŞ İrana sanksiya təşkil etdi



 12:51 23.09.2022     278

ABŞ İrandakı etirazlar səbəbilə bəzi yüksək rütbəli nümayəndələrə sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, sanksiyalar İranın Təhlükəsizlik  qurumlarının yüksək rütbəli nümayəndələri ilə yanaşı İranın Əxlaq polis təşkilatını da əhatə edir. Açıqlamada bildirilir ki, əxlaq polisinin güc tətbiq etməsinə görə, 22 yaşlı Məhza Əmini ölüb.

Qeyd edək ki, 22 yaşlı Məhza Əmini “örtük qaydaları”nı pozduğuna görə nəzarətə götürülüb. İddia edilir ki, o polisin güc tətbiq etməsindən sonra ölüb.

Bahadur Seyidov