İranda aksiyalar zamanı 26 nəfər ölüb
İranda aksiyalar nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.
Demedia.az xəbər verir ki, İranın dövlət televiziyası belə məlumat yayıb. Bu rəsmi rəqəmlər deyil. Rəsmi rəqəmlər rəsmi dairələr tərəfindən açıqlanacaq. Açıqlamada bildirilir ki, aksiyalar zamanı çox sayda insan xəsarət alıb. Saxlanılanlar var.
Qeyd edək ki, İranda əxlaq polisi 22 yaşlı Məhza Əminini nəzarətə götürəndən sonra o vəfat edib. İddialara görə, polis “örtük qaydaları”nı pozduğuna görə saxladığı qadına güc tətbiq edib.
Bahadur Seyidov