Xəstə ərinə körpə uşaq kimi baxan 69 yaşlı nənə: "Məni heç vaxt üzməyib"



 18:58 23.09.2022     756

Türkiyənin Kahramanmaraş bölgəsində 69 yaşlı Elif Avşar Alzheimer xəstəsi olan və yeriyə bilməyən 75 yaşlı həyat yoldaşına körpə uşaq kimi baxır.

Demedia.az xəbər verir ki, 6 uşaq anası Elif Avşar və Vəli Avşar cütlüyü 55 ildir  evlidirlər.

Elif Avşar son 2 ildə artan Alzheimer xəstəliyindən əziyyət çəkən və yeriyə bilməyən ərinə körpə uşaq kimi baxır.  Ərinin körpədən heç bir fərqi olmadığını deyən Avşar onu yedizdirir, təmizliyini edir, gecələr başında gözləyir.

Xəstə həyat yoldaşına baxmalı olduğunu dilə gətirən Avşar belə deyib: “Hər kəs öz həyat yoldaşına baxmalıdır. Mən 55 ildir evliyəm. Bu prosesdə həyat yoldaşım məni heç vaxt üzməyib. Mən də onu incitmədim. Mənim 69, həyat yoldaşımın isə 75 yaşı var. Biz bir-birimizə baxmalıyıq. 
Həyat yoldaşım 2 yaşlı uşaq kimidir. Çox vaxt qapının ağzında yatıram. Qalxıb gedəndə, Gecələr durub yatıb gedirəm. Dərhal geri gətirirəm.Ona görə də çox yata bilmirəm. Ölənə qədər həyat yoldaşıma baxacam”.

Aysun / Demedia.az