Hər gün ÇAY İÇİN - İnanılmaz nəticə verəcək
Hər gün çay içənlərin ölüm riskinin çay içməyənlərə nisbətən daha az olduğu bildirilir.
Demedia.az xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) alimləri Böyük Britaniyanın “Biobank” məlumat bankından istifadə edərək 2006-2010-cu illər arasında 40-69 yaş arasında olan 498.043 nəfərdən “çay içmə vərdişləri” barədə soruşublar.
Sorğunun respondentləri 2022-ci ilə qədər izlənilib. Alimlər dünənki mətbuat şərhində nəticələrini açıqlayaraq - gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz daha az.
"Kofein mübadiləsində genetik dəyişkənlikdən asılı olmayaraq, daha çox çay qəbulu gündə 2 və ya daha çox çay içənlər arasında ölüm riskinin aşağı olması ilə əlaqələndirildi. Bu tapıntılar göstərir ki, daha yüksək qəbul səviyyələrində belə çay sağlam pəhrizin bir hissəsi ola bilər. ", - bəyanatda deyilir.
Tapıntılar göstərib ki, insanın çayına süd və ya şəkər əlavə edib etməməsindən və ya üstünlük verdiyi temperaturdan asılı olmayaraq nəticə eynidir.
Əvvəlki işlərin yaşıl çay içən Asiya bölgəsinə yönəldiyini ifadə edən elm adamları, bu araşdırmaya qatılanların yüzdə 89-unun qara çay növlərini içdiyini vurğuladılar.
Aysun / Demedia.az