Alimlər Saturn planetinin peykində həyat axtarır
Elm adamları kosmosda həyatın olub-olmaması barədə axtarışları davam etdirir.
Demedia.az xəbər verir ki, alimlər diqqətini Saturn planetinin peyki olan Encaladusa çevirib. Bildirilir ki, peykdə həyatın olması üçün bəzi əlverişli şəraitlər var. Elm adamları peykdə canlı orqanizmlərin olduğuna inanır. ABŞ-ın Cənubqərb araşdırma mərkəzi məsələ barədə araşdırmaları davam etdirir.
Qeyd edək ki, bundan əvvəl NASA peykə aparatlar göndərmişdi. Peykdə su buxarı və buz hissəcikləri barədə axtarışlar aparılmışdı.
Bahdur Seyidov