Qazaxıstan rusların ölkəyə axınından narahatdır
Qazaxıstanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının ölkəyə axın etməsi ilə bağlı məlumat yayıb.
Demedia.az xəbər verir ki, açıqlamaya görə, rusların axını təhlükə yaradarsa bununla bağlı tədbirlər görüləcək. Bildirilir ki, rusların ölkəyə səfər etməsi yaxından izlənilir. Qazaxıstan bu axının artmasından narahatlıq ifadə edib. Açıqlamada deyilir ki, Qazaxıstana daxil olmaq və ölkədə qalmaqla bağlı qaydalar var. Bu qaydalar diqqətdə saxlanılır.
Qeyd edək ki, Rusiyada səfərbərlik elan ediləndən sonra ruslar ölkəni tərk etməyə çalışır.
Bahadur Seyidov