Çavuşoğlu AÇIQLADI: "Türkiyə Ukrayna mövzusunda..."



 23:21 23.09.2022     783

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu Yorkda BMT Baş Assambleyası iclasları çərçivəsində keçirdiyi təmaslarla bağlı mətbuat konfransı keçirib.

Demedia.az xəbər verir ki, ABŞ ilə F-16 danışıqlarına toxunan Çavuşoğlu açıq mesajlar verib.

Çavuşoğlu mətbuat konfransında İngiltərə və ABŞ-dakı təmaslarını açıqlayıb:

“Prezidentimiz ümumilikdə 25 ikitərəfli görüş, digər görüşlərlə birlikdə 31 fəaliyyət və görüşlər keçirib. Bu görüşlərin 16-da mən də müşayiət etmişəm”.

Görüşlərimizdə həm ikitərəfli əlaqələrimizi, həm də mövcud qlobal və regional hadisələri müzakirə etmək fürsəti əldə etdik. Bir çox görüşlərdə Rusiya-Ukrayna kontekstində baş verənlər diqqət mərkəzində idi. Mən bir çox həmkarlarımdan bizimlə bağlı təriflər eşitdim. Beynəlxalq sülhə verdiyi töhfələr, xüsusilə də prezidentimizin rolu haqqında. İstanbul müqaviləsinin qida təhlükəsizliyi kontekstində işləməsi və ya işləməyə davam etməsi hər kəsin ortaq arzusudur. Rusiyanın BMT Baş Assambleyasının həftəsində qismən səfərbərlik qərarı. Zaporojiya, Xerson, Luqansk və Donetskdə referendum elanı və məhbus mübadiləsində əhəmiyyətli inkişaflar oldu".

Aysun / Demedia.az