Müharibə daha da şiddətlənəcək, Putin sonda... - Politoloq



 11:28 26.09.2022     729

Kreml saxta referendumun nəticəsinə görə Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirəcək.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, müharibə daha da şiddətlənəcək, bundan sonra mümkün danışıqların əhəmiyyəti qalmayacaq:

"Türkiyə tərəflər arasında taxıl anlaşmasından və əsirlərin dəyişdirilməsindəki vasitəçiliyindən sonra müharibənin dayandırılmasında artıq israr edə bilməyəcək. Çünki nə Kreml saxta referendumla Rusiyaya biləşdirdiyi bölgələri geri qaytarmaq istəyəcək, nə də Kiyev bununla barışaraq əks-hücumlarını dayandıracaq. Kreml Ukraynanın uğurlu əks-həmlələrinə cavab olaraq nüvə silahından istifadə edəcəkmi? Vaşinqton Putini artıq xəbərdar edib, Kremli anladıblar ki, Ukraynaya qarşı nüvə silahından istifadə etsə, Rusiyaya da nüvə silahı atılacaq. Putin səfərbərlik qərarıyla Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Dağıstanda etirazlar kütləvi xarakter alıb, valideynlər övladlarını ölümə göndərmək istəmirlər. Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq".

Xəyalə Məmmədova / Demedia.az