Rus ordusunun itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR



 14:02 26.09.2022     603

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son durum açıqlanıb.

Demedia.az xəbər verir ki, Ukrayna son sutkada daha 500 rus hərbçinin öldürüldüyünü açıqlayıb.

Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 57 200-ə çatıb.

Rusiyanın digər döyüş itkiləri:

2 290 tank, 4 857 zirehli döyüş maşını, 

1 369 artilleriya sistemi, 

330 reaktiv yaylım atəşi sistemi, 

172 hava hücumundan müdafiə sistemi, 

260 təyyarə, 

224 helikopter,

970 PUA, 

241 qanadlı raket, 

15 gəmi, 

3 711 avtomobil texnikası və avtosistern, 

131 xüsusi texnikadan ibarətdir.

Aysun / Demedia.az