Çində nə baş verir? - Politoloq detalları açıqladı



 18:41 26.09.2022     573

"Gələcəyin ən qüdrətli dövləti və ABŞ-ın əsas rəqibi sayılan Çində hərbi çevrilişin baş verdiyi, işin arxasında Qərbyönümlü hərbçilərin durduğu iddia edilsə də, dünyanın ən ciddi xəbər agentlikləri hələ susmağa üstünlük verir".

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

O bildirib ki, bu isə kiberorduların at oynatdığı sosial şəbəkələrdə şayiələrin və fərqli yozumların körüklənməsini sürətləndirir:

"Ancaq reaksiyalar zamanı bir gerçəklik unudulur ki, Çin bütün dəyişkən situasiyalara hazır mexanizmləri, qədim ənənələri və güclü ideologiyası olan, təsadüflərin onun siyasətini dəyişməsinə imkan verməyən qüdrətli dövlətdir, onun Ordusu və zabiti heç bir halda hansısa xarici dövlətlə, xüsusən də ABŞ-la əməkdaşlıq şəraitində öz ölkəsində çevriliş ssenarisinə razılaşmaz!

Əgər bir dəyişiklik baş verərsə də, əmin olun ki, bu, yalnız Çin "dərin dövləti"nin iradəsi ilə və onun daha da gücləndirilməsi məqsədi ilə həyata keçirilən ssenari ola bilər".

Xəyalə Məmmədova / Demedia.az