Pakistanda hərbi helikopter qəzaya uğradı: 6 nəfər öldü



 12:22 26.09.2022     613

Pakistanın Bəlucistan əyalətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Demedia.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Harnai bölgəsindəki Xost şəhəri yaxınlığında tapşırıq uçuşu yerinə yetirən hərbi helikopter qəzaya uğrayıb. 

İkisi pilot olmaqla, altı nəfər helikopterdə həyatını itirib. Qəzanın səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Həyatını itirənlərin kimliyi məlum olub.

Aysun / Demedia.az