Türkiyəyə qarşı ŞOK: Yunanıstan yenə təxribata əl atdı
Beynəlxalq hüquqa hər fürsətdə məhəl qoymayan Yunanıstan növbəti təxribata əl atıb.
Demedia.az xəbər verir ki, Yunanıstanın Egeydəki Qeyri-Hərbi Statuslu Adalar istiqamətindəki fəaliyyəti ötən həftə Türkiyənin kəşfiyyat PUA-ları tərəfindən ələ keçirilib.
Türk Silahlı Qüvvələrinə məxsus PUA-ların Egey dənizi üzərində uçuşlar apardığı zaman iki yunan desant gəmisi havadan görüntülənib. Desant gəmiləri ABŞ-ın Lesbos və Samosa hədiyyə etdiyi hərbi maşınları göndərirmiş. Adalara silah göndərişlərindən biri sentyabrın 18-də, digəri isə sentyabrın 21-də həyata keçirilib.
Təhlükəsizlik mənbələri Yunanıstanın Türkiyəyə yaxın adaları silahlandırmaqda davam etdiyini və GASA statusunu pozduğunu qeyd edib:
"Yunanıstanın beynəlxalq hüquqa və müttəfiqlik ruhuna zidd olan bu təcavüzkar hərəkətləri qəbuledilməzdir”.
Aysun / Demedia.az