Dünya BU TARİXİ gözləyir: Saatlar sonra olacaqlar...



 15:15 26.09.2022     537

NASA tərəfindən Dart missiyası çərçivəsində orbitə buraxılan kosmik gəmi yaxın saatlarda Dimorfos adlı asteroidə çırpılacaq. 

Demedia.az xəbər verir ki, Dart missiyası böyük miqyaslı asteroidin Yerlə toqquşmasının qarşısının alınması problemlərini aşkar etmək məqsədi daşıyır.
2021-ci ilin noyabrında orbitə buraxılan kosmik gəmi səyahətini tamamladıqdan sonra asteroidə çarpacaq və sürəti ilə trayektoriyasını dəyişməyə çalışacaq. Bu sınaq Yerdən 11 milyon kilometr uzaqlıqda yerləşən Dimorfos asteroidində aparılacaq.

NASA bəyan edib ki, Dimorfos Yer üçün heç bir təhlükə yaratmır və bu cəhd asteroidi bizə tərəf yönəltməyəcək. Zərbə anının çərşənbə axşamı səhər saat 02:14-də olacağı gözlənilir.

James Webb teleskopu da daxil olmaqla bir çox teleskop bu anı izləyəcək.

Aysun / Demedia.az