Koreya yarımadası ətrafında təlimlər keçirilir



 15:08 26.09.2022     361

ABŞ və Cənubi Koreya Koreya yarımadası sahillərində birgə hərbi təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, təlimlərə hərbi gəmilər, təyyarələr cəlb edilib. Cənubi Koreya donanmasının məlumatına görə, məşqlər Şimali Koreyanın təxribatlarına cavabdır. Bildirilib ki, 2017-ci ildən bəri ilk dəfə iki ölkənin birgə təlimlərinə ABŞ-ın təyyarədaşıyan gəmisi cəlb edilib. Təlimlər zamanı hərbçilərin müdafiə bacarıqları üzrə tapşırıqlar həyata keçirilir.

Bahadur Seyidov