Şimali Koreya ballistik raket atdı



 16:25 26.09.2022     318

Şimali Koreya növbəti dəfə ballistik raketi test edib.

Demedia.az xəbər verir ki, bu barədə Cənub Koreya ordusu məlumat yayıb. Cənubi Koreyanın Baş Qərargahı raket testinin təxribat olduğunu bildirib. Məlumata görə, qısa mənzilli raket Şimali Koreyanın şimal-qərbindəki ərazisindən havaya buraxılıb. 50 kilometr havaya qalxan raket 400 kilometr məsafə qət edib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya yarımada ətrafında birgə hərbi təlimlərə başlayıb. Şimali Koreya raket testini təlimlərdən əvvəl keçirib.

Bahadur Seyidov