İranda etiraz aksiyalarında ölənlərin sayı 41-ə çatdı
İranda etiraz aksiyaları zamanı 41 nəfər həlak olub.
Demedia.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Ölənlər arasında polislər də var. Bildirilir ki, aksiyalar zamanı çox sayda nümayişçi xəsarət alıb. Məlumata görə, aksiyalar hələ də bir neçə şəhərdə davam edir.
Qeyd edək ki, etiraz aksiyaları 22 yaşlı Məhza Əmininin ölümündən sonra başlayıb. Məlumata görə, əxlaq polisi gənci “ötrük qaydaları”nı pozduğuna görə nəzarətə götürüb. İddia edilir ki, polisin güc tətbiq etməsindən sonra gənc həyatını itirib.
Bahadur Seyidov