Türkiyədən işğal edilmiş ərazilərdə keçirilən referenduma münasibət



 15:43 26.09.2022     282

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın işğal edilmiş ərazilərində keçirilən referendumla bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki,  Türkiyənin Xerson, Donetsk və Donbas vilayətlərində keçirilən referendumla bağlı mövqeyi qətidir. Çavuşoğlunun sözlərinə görə, Türkiyə referendumu tanımır.  Rusiya və Ukrayna arasında balanslı siyasət aparırıq deyən Çavuşoğlu qeyd edib ki, Türkiyə həm də Krımın ilhaqını tanımır.

Qeyd edək ki, Rusiyanın işğal edilmiş ərazilərə təyin etdiyi idarələri vilayətlərin Moskvaya birləşdirilməsi barədə saxta referendum keçirir.

Bahadur Seyidov