Avropa Birliyi İrana çağırış etdi
Avropa Birliyi etiraz aksiyaları ilə bağlı İrana çağırış edib.
Demedia.az xəbər verir ki, açıqlamada bildirilir ki, polis etirazçılara qarşı güc tətbiq etməsini dayandırmalıdır. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, İranda dayandırılan internet bərpa edilməlidir. Borellin sözlərinə görə, qadağalar söz azadlığının pozulması anlamına gəlir. Borell aksiyalar zamanı saxlanıların sərbəst buraxılması barədə çağırış edib.
Qeyd edək ki, İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 41-ə çatıb. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bahadur Seyidov