Yol tikintisi zamanı ŞOK - İşçilər bir anda dayandılar...
Türkiyədə yol tikintisi zamanı mağara tapılıb.
Demedia.az xəbər verir ki, Fatsa Bələdiyyəsi Elm İşləri Müdirliyi Dolunay səmtində sentyabrın 20-də yol tikinti işlərinə başlayıb.
İşlərin 4-cü günü tikinti maşinistinin qırıntı işləri apararkən qayaların arasında tunel görünüb. Tunelin girişini təmizləyən işçilər qayanın arxasına doğru hərəkət edən mağaranı aşkar ediblər.
Bunun üzərinə palçıq və su basmış ərazidə işlər dayandırılıb. Xəbərdarlıq üzərinə polis və bələdiyyənin mədəniyyət idarəsindən ibarət qruplar bölgəyə göndərilib. Mühafizə zolağı ilə əhatə olunmuş əraziyə giriş-çıxış qadağan olunub.
Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi İl Müdirliyi, İl Mədəniyyət və Turizm Müdirliyi və Muzey Müdirliyindən mütəxəssis qruplar ərazidə araşdırma aparıb. Müayinə nəticəsində mağaranın yeraltı sulardan əmələ gəldiyi və arxeoloji xüsusiyyətə malik olmadığı müəyyən edilib.
Aysun / Demedia.az