Tacikistan Qırğızıstana çağırış etdi
“Müzakirələrə davam etməyə hazırıq. Tacik və qırğız xalqlarının sülh və dostluq münasibətləri əsasında yaşamaq haqqına sahib olduğuna inancımız tamdır”.
Demedia.az xəbər verir ki, Tacikistanın xarici işlər naziri Siracəddin Muhriddin belə açıqlama verib. O bildirib ki, sərhəddəki gərginliyin aradan qalxması üçün iki tərəf sənəd imzalayıb. “İki tərəf birlikləri və hərbi texnikaları daimi mövqelərinə geri çəkməlidir. Əldə edilən razılaşmaların tətbiq edilməsi üçün birgə işçi qrupu yaradılıb” - diplomat bildirib.
Qeyd edək ki, ötən həftə Tacikistan-Qırğızıstan sərhədində gərginlik artıb. Hər iki tərəf çox sayda itki verib.
Bahadur Seyidov