Lukaşenko avropalılara çağırış etdi



 16:04 26.09.2022     272

“Avropalılara demək istəyirəm ki, gələcəyiniz Rusiya və Belarusla birlikdədir”.

Demedia.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı belə deyib. O bildirib ki, Rusiya və Belarus avropalıların ehtiyac duyduğu hər şeyə sahibdir. Belarus liderinin sözlərinə görə,  Rusiya və Belarusun aşağılanması qəbuledilməzdir.

“Çökməyimizi gözləyirdilər. Amma qorxmadan davam edirik. Bizimlə uğurlu formada işləyən mütəffiqlər tapdıq” - Lukaşenko deyib.

Bahadur Seyidov