Rusiyada aksiyalar zamanı minlərlə şəxs saxlanılıb



 14:33 27.09.2022     515

Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elanından sonra başlayan aksiyalar səngimir.

Demedia.az xəbər verir ki, yerli mənbələr aksiyalar zamanı müxtəlif şəhərlərdə ümumilikdə 2 mindən çox etirazçının saxlanıldığını yazır. Məlumata görə, səfərbərlikdən sonra çox sayda rus təyyarə bileti tapa bilmədiyi üçün digər yollarla ölkədən çıxmağa cəhd edir.

Qeyd edək ki, rəsmi dairələr səfərbərliyə çağrılan rusların sərhəddən buraxılmayacağını açıqlayıb. Etiraz aksiyalarında iştirak edənlərə və onların yaxınlarına isə birbaşa çağırış vərəqələri verilərək cəbhəyə çağrılır.

Bahadur Seyidov