ABŞ İrandakı aksiyalarla bağlı hərəkətə keçdi



 10:28 27.09.2022     1035

İranda sakinlər “SpaceX” şirkətinin “Starlink” peykləri vasitəsilə internetdən istifadə edə bilərlər.

Demedia.az xəbər verir ki, şirkət bununla bağlı artıq hərəkətə keçib. Bildirilir ki, ABŞ İran hakimiyyətinin ölkədə internetə məhdudiyyət tətbiq etməsindən narahatdır. Bu, insanların söz azadlığına müdaxilə kimi dəyərləndirilib.

ABŞ-ın rəsmi dairələri “Starlink” peyklərinin İran üzərində fəaliyyətə başlayacağını təsdiq edib. Bildirilir ki, ABŞ-ın bu həmləsi İranda internet azadlığına dəstək məqsədi daşıyır.

Bahadur Seyidov