Çin kosmosa iki peyk göndərib



 11:02 27.09.2022     353

Çin kosmosa iki peyk göndərib.

Demedia.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Bildirilir ki, kosmosa göndərilən peyklər “Şiyan -14” və “Şiyan - 15” adlanır. Peyklər “Kuaycou-1A” raketi ilə kosmosa göndərilib. Məlumata görə, Çin yeni peyklərdən testlər aparmaq və Yer planetini ətraflı müşahidə etmək üçün istifadə edəcək. Peyklər nəzərdə tutulan mövqelərə artıq yerləşib. 

Qeyd edək ki, Çin “Kuaycou-1A” raketi ilə kosmosa 18 uğurlu uçuş həyata keçirib. Çin iki həftə əvvəl də kosmosa peyk göndərmişdi.

Bahadur Seyidov