Dollardan rekord bahalaşma
Funt sterlinq dollar qarşısında tarixi miqdarda dəyər itirib.
Demedia.az xəbər verir ki, Asiya birjalarında 1 dollar 1,0350 funt sterlinq olub. Məlumata görə, funt sterlinq dollar qarşısında tarixdə ilk dəfə bu qədər ucuzlaşıb.
Bildirilir ki, tarixi ucuzlaşma Böyük Britaniya hökumətinin 45 milyard funt sterlinq həcmində vergi endirimi barədə paketi açıqlayandan sonra olub.
İnvestorlar hesab edir ki, Ukraynadakı müharibə bəzi sahələr üzərində narahatlığı artırıb və bu, funt sterlinq üzərində təzyiq yaradıb.
Bahadur Seyidov